ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müxtəlif ölkələrdə ölüm və doğum göstəricilərini hesablayıb.
Azərbaycan ölüm səviyyəsinə görə 142-ci (hər 1000 nəfərə 6,4 ölüm), doğum səviyyəsinə görə isə 161-ci yerdə (hər 1000 nəfərə 11,2 doğum) olub.
Ermənistan hər 1000 nəfərə 9,6 doğumla ölüm nisbətinə görə 42-ci, doğum səviyyəsinə görə Ermənistan 177-ci (hər 1000 nəfərə 10,5 doğum) yerdədir.
Gürcüstan ölüm səviyyəsinə görə 11-ci (hər 1000 nəfərə 13,3 ölüm), doğum səviyyəsinə görə isə 142-ci (hər 1000 nəfərə 12 doğum) yerdədir.
Türkiyə ölüm nisbətinə görə 151-ci (hər 1000 nəfərə 6,1 ölüm), doğum səviyyəsinə görə isə 122 (hər 1000 nəfərə 13,8 doğum) yerdədir.
İran ölüm səviyyəsinə görə 187-ci (hər 1000 nəfərə 5,3 ölüm), doğum səviyyəsinə görə isə 119-cu (hər 1000 nəfərə 14,3 doğum) yerdədir.
Rusiya ölüm nisbətinə görə 9-cu (1000 nəfərə 14 ölüm), doğum nisbətində – 209 (1000 nəfərə 8,4 doğum) yerdədir.
Dünyada ən yüksək ölüm (1000 nəfərə 18,6) və ən aşağı doğum səviyyəsi (hər 1000 nəfərə 6) Ukraynada qeydə alınıb.