pilates

“Böyük Britaniyanın Bredford şəhərində yerləşən Ceymi Usmania məscidində ibadət edənlər həm imanlarını, həm də fiziki sağlamlıqlarını gücləndirirlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “TRTvorld” məlumat yayıb.

Belə ki, günorta namazından sonra əsasən 50–80 yaş arası kişilər həftəlik pilates dərsində iştirak etmək üçün məscidin alt mərtəbəsində toplaşırlar. Bu dərs həm fiziki fəaliyyət, həm də icma ilə əlaqələri sağlamlaşdırmaq imkanı verir.

Təxminən 30 nəfərin qatıldığı 45 dəqiqəlik məşq keçirilir, sonra isə çay, meyvə və peçenyelərin verildiyi məclisdə ünsiyyət qurulur.

Məsciddən yayılan fotolar sosial şəbəkələrdə viral olduqdan sonra rəsmilər bildiriblər ki, Birləşmiş Krallıq, eləcə də Malayziya və Kanada məscidlərində proqramın təkrarlanması üçün müraciətlər alıblar.

Təşkilatçılar həmçinin qadınlar üçün pilates dərslərini genişləndirməyi və gənclər üçün sosial klublar yaratmağa ümid edirlər.

630115069 18562027807034905 2735578990593259716 n 630013253 18562027795034905 381240292012482553 n 629978999 18562027732034905 105403278741845620 n 630123157 18562027753034905 9214419001437413313 n 1 629032839 18562027783034905 435201906671019031 n

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: