“Ermənistan hökuməti həyəcanlıdır, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək yolu xarici özəl şirkət vasitəsilə təslim etməyə çalışırlar”.
Globalinfo.az xəbər verir ki, bunu “Aprelu Yerkir” partiyasının həmtəsisçisi, Ermənistanın keçmiş əmək və sosial məsələlər üzrə nazir Mesrop Arakelyan deyib.
O, İrəvanın planlı şəkildə növbəti güzəştə hazırlaşdığını iddia edib:
“Ermənistan Mehridən keçən yolu təslim edəcək. Bunun üçün uyğun şərait də hazırlayacaq. Bəs əvəzində nə qazanacaq? Heç nə, çünki qarşı tərəfin belə bir öhdəliyi yoxdur. Ölkə daxilində hazırda bu barədə çox danışmamağa çalışırlar, amma ciddi müzakirələr gedir. Yəni 10 noyabrda imzalanan sənədin 9-cu bəndi icra olunacaq. Ümumiyyətlə, hökumət Azərbaycanın bütün tələblərini yerinə yetirəcək,sadəcə zaman və sıra ilə bunu edəcək”.
Ayşən Mustafa
Globalinfo.az