Paşinyanın komandasında elə adamlar var ki, Qarabağın Türkiyə və Azərbaycanla münasibətlərə qurban verilməsi gərəkdiyini açıq şəkildə deyirlər.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
“Bundan erməni xalqını yaxın gələcəkdə hansı bədbəxtliklərin gözlədiyi nəticəsinə gəlmək olar. Əgər Paşinyan hakimiyyəti bir neçə il də davam etsə, biz təkcə Qarabağı yox, Ermənistanı da itirəcəyik. Bu, çox radikal qiymətləndirmə kimi görünə bilər, amma ətrafımızdakı proseslər daha böyük sürətlə inkişaf edəcək”, – o bildirib.
Gülnar Səlimova
Globalinfo.az













