Rusiya sentyabrın 1-dən etibarən Abxaziya qondarma respublikasına sosial ödənişləri dayandırıb.
Globalinfo.az xəbər verir ki, bunu separatçı rejimin xarici işlər naziri Sergey Şamba deyib.
O həmçinin Abxaziyaya payız-qış aylarında elektrik enerjisi tədarükünün fərqli qiymətdə olacağını bildirib. Şamba deyir ki, dayandırılan ödənişlər əsasən həkimlər, müəllimlər, güc strukturları ilə bağlıdır.
Qeyd edək ki, Rusiya ilə Abxaziya arasında son zamanlar münasibətlər gərgindir. Gərginliyə əsas səbəb Abxaziyanın Moskvanın bəzi istəklərini, xüsusilə də daşınmaz əmlaklar üçün investisiya layihələrini qəbul etməməsi olub. Moskva artıq buna maneə yaradan bəzi abxaz “deputat”ların Rusiya vətəndaşlığını ləğv edib.
Əliyar Xəlil
Globalinfo.az