Bakıda yeni xətlənmə narazılıq yaratdı – FOTOLAR

Bakıda yeni xətlənmə narazılıq yaratdı - FOTOLAR

Mətbuat prospektində aparılan yeni xətlənmə işləri sürücülərin narazılığına səbəb olub.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə müzakirələr aparılıb.

Qeyd olunub ki, Mətbuat prospektində velosiped zolağının qarşısında parklanma üçün əlavə xətlər çəkilir ki, bu da nəqliyyatın hərəkətinə problem yaradacaq.

“Əsas prospektlərdə tıxacdan qurtulmaq adı ilə daha ciddi tıxacların yaranmasına zəmin yaradılır” -, deyə şikayətçi bildirib.

Bakıda yeni xətlənmə narazılıq yaratdı - FOTOLAR

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumun mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında xətlənmə faktını təsdiqləyib.

Bakıda yeni xətlənmə narazılıq yaratdı - FOTOLAR

Tural Orucov

“Mətbuat prospektində mikromobillik vasitələri üçün zolaq və avtomobillər üçün parklanma yerləri təşkil edilib. Bu cür yanaşma mövcud qanunvericiliyə zidd deyil”, – deyə T.Orucov qeyd edib.

Bakıda yeni xətlənmə narazılıq yaratdı - FOTOLAR Bakıda yeni xətlənmə narazılıq yaratdı - FOTOLAR Bakıda yeni xətlənmə narazılıq yaratdı - FOTOLAR