Ermeniler Qarabagi terk edir

2019-cu illə müqayisədə Sünik (Zəngəzur – red.) əhalisi 15% azalıb.

Globalinfo.az xəbər verir ki, bunu “Aprelu Yerkir” partiyasının həmtəsisçisi, Ermənistanın keçmiş əmək və sosial məsələlər üzrə nazir Mesrop Arakelyan yazıb.

O bildirib ki, Geqarkunik əhalisi 6%, Tavuş əhalisi isə 4% azalıb.

“Ümumilikdə sözügedən vilayətləri 40 mindən çox insan tərk edib”, – keçmiş nazir qeyd edib.

Arakelyan həmçinin Qarabağı tərk etmiş ermənilərin bir qisminin Ermənistandan da getdiyini, bu köçün ölkə üçün ağrılı nəticələri olacağını vurğulayıb.

Bunu da oxuya bilərsiniz: Əhalinin nəzərinə: Yüksək pensiya almaq üçün… – AÇIQLAMA / VİDEO

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: