WhatsApp Image 2024 08 26 at 00.21.56

Deputatlığa 88 Saylı Şamaxı Seçki Dairəsindən namizəd olan Tamam Cəfərova ilə bağlı bir neçə saytda eyni vaxtda məlumat dərc edilib. Bildirilir ki, namizəd seçki qanununun tələblərini kobud şəkildə pozub.

Globalinfo.az xəbər verir ki, onun təbliğat-təşviqat kampaniyasının qanunazidd aparılması hallarına yol verdiyi iddia olunur.

Qeyd olunur ki, seçkiqabağı təbliğat-təşviqat kampaniyası Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən aparılmalıdır. Bəs onun bu qanuna zidd addımı nədir?

İddiaya görə, Tamam Cəfərova Şamaxı Rayon Mərkəzi Xəstəxanasının inzibati binasının akt zalında xəstəxana kollektivi ilə görüş keçirib, təbliğat-təşviqat materiallarını kollektiv üzvlərinə təqdim edib, məlum görüşün görüntülərini 24.08.2024-cü il tarixində sosial media hesablarında paylaşıb.

Bəs qanun nə deyir?

Seçki Məcəlləsinin 74.4.2-ci maddəsinə əsasən vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilmişdir. Bundan başqa Vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədi ilə istifadə olunması halları müəyyənləşdirilmiş və bunun nəticəsində Şeçki Məcəlləsinin 69.4-cü bəndinə əsasən bərabərlik prinsiplərinin pozulması müəyyənləşdirilib.

Əlavə olaraq Seçki Məcəlləsinin 55.2.1-ci maddəsinə görə tabelikdə və ya digər xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri iş vaxtı namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən fəaliyyətə cəlb etmək həmin məcəllənin 55.2-ci bəndinə əsasən vəzifə səlahiyyətlərindən sui istifadə hallarına gətirən mövqe kimi qiymətləndirilir.

Belə olan halda namizədi nələr gözləyir?

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 25.2.2-ci maddəsinin qaydalarının pozulması ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən əsaslandırılmış qərar qəbul edilməlidir.

WhatsApp Image 2024 08 26 at 00.22.13

Paylaş: