putin

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Kurska hücumu nəticəsində yaralanan hərbi müxbir Yevgeni Poddubnıya zəng edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Vladimir Putin Y.Poddubnını doğum günü münasibəti ilə təbrik edib. Ona tezliklə sağalmağı və işinə dönməyi arzulayıb”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, rusiyalı hərbi müxbir Yevgeni Poddubnı Kurskda çəkilişlər zamanı Ukrayna PUA-sının hücumuna məruz qalıb. Onun öldüyünə dair məlumatlar yayılsa da, bir müddət sonra sağ olduğu, ağır yaralandığı açıqlanıb.

89CA7B14 463E 4501 BD19 E80257BB3826jpeg 1723056147 1

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: