rsi

İsveçdəki Rusiya səfirliyi dron hücumuna məruz qalıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Stokholmadakı diplomatik missiyası məlumat yayıb.

Bildirilib ki, hücum edən dronlara saxta partlayıcı qurğu yerləşdirilib. Digər dron isə səfirliyin ərazisinə qırmızı boyalı qab atıb.

Səfirlik dron hücumunu diplomatik missiyanın işçilərini qorxutmaq cəhdi kimi qiymətləndirib.

Bildirilib ki, İsveçdəki Rusiya diplomatik missiyasına qarşı davam edən hücumlar və onların nəticələri üçün bütün məsuliyyət İsveç tərəfinin üzərinə düşür.

dri

 

Paylaş: