Gözlərin – qoşalülə, kipriklərin güllə, ox… – VİDEO

Gözlərin - qoşalülə, kipriklərin güllə, ox... - VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası 13 saatdan artıqdır ki, davam edir.

Globalinfo.az xəbər verir ki, azərbaycanlı etirazçılardan bir vətəndaş Azərbaycan Respublikasının dövlət bayrağına bürünərək, sülhməramlı hərbçi qarşısında mükəmməl duruş sərgiləyib.

Belə ki, vətəndaş rus sülhməramlısı ilə uzun müddət göz-gözə dayanaraq, gözlərini qırpmadan səssiz “öz hisslərini” ifadə edib.

Xəlil Rza Ulutürkün “Silahlan” şeirindən bu misra hazırkı vəziyyəti şərh edir: “Gözlərin – qoşalülə, kipiklərin güllə, ox… “.

Xəlil Rza bu şeiri təxminən 34 il öncə – Qarabağda erməni seperatçıları Azərbaycana qarşı torpaq iddiası irəli sürdüyü vaxt yazmışdı. Həmin dövrdə SSRİ rəhbərliyinin göstərişi ilə azərbaycanlıların əllərində olan ov silahları yığışdırılmışdı. Vətəndaşlarımız erməni silahlıları qarşısında faktiki əliyalın qalmışdı. Xəlil Rza Ulutürk şeiri Sovet rəhbərliyinin bu davranışı qarşısında silahsız qalmış azərbaycanlılara xitabən yazmışdı. Şeir Azadlıq meydanında mitinqdə səsləndirildikdən sonra populyarlaşdı, milli marş səviyyəsinə qədər yüksəldi. Azadlıq Radiosunun Azərbaycan redaksiyası tərəfindən Mirzə Xəzərin ifasında hər gün səsləndirilirdi.

İndi isə Azərbaycanın düşməni məğlub edən müasir silahları, güclü ordusu, Müzəffər Ali Baş Komandanı var. Amma ən böyük silah Vətən eşqidir, vətəndaş mövqeyidir. Xəlil Rza Ulutürkün ruhu şaddır.

Həmin görüntüləri təqdim edirik:

Gülnar, 

Globalinfo.az