20 yaşlı sürücü sükan arxasında öldü – FOTO

20 yaşlı sürücü sükan arxasında öldü - FOTO

Oğuz rayonunda traktor sürücüsü qəfil ölüb.

Globalinfo.az xəbər verir ki, rayonun Dəymədağlı kənd sakini 2004-cü il təvəllüdlü Məmmədli Loğman Fərman oğlu traktorla hərəkətdə olarkən vəfat edib.

Sükan arxasında olan gəncin ürəktutmadan həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, avqustun 22-si Loğmanın 20 yaşı tamam olacaqmış.

Faktla bağlı araşdırma aparılır.

20-yasli-surucu-sukan-arxasinda-qefil-oldu