Türkiyə millisinin keçmiş futbolçusu Can Arat erməni əsilli olmasını qəbul etmədiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, onun bu sözləri sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub.
C.Arat son müsahibələrinin birində özünü erməni olaraq görmədiyini və türk olduğunu deyib:
“Görürəm, deyirlər ki, onun adı Can Arat deyil, Jan Aratyandır. Mən türk oğlu türkəm. Mən Can Aratam, Aratyan deyiləm. Ailəmdən gələn qeyri-müsəlmanlıq məsələsi var. Erməni əsilli görünürük. Amma mən bunu – erməni əsilli olmağı qəbul etmirəm. Dinim fərqli ola bilər, amma türkəm. Əgər bu dəqiqə hər hansı bir təhlükə olarsa, dərhal silahlanıb Türkiyə üçün döyüşərəm”.
Qeyd edək ki, Can Arat karyerası müddətində Türkiyənin “Fənərbaxça”, “Karşıyaka”, “Sivasspor”, “Antalyaspor” kimi futbol klublarında forma geyinib. O, 2011-ci ildə Türkiyə futbolunda saxtakarlıq məsələsinə görə polis tərəfindən saxlanılsa da, daha sonra sərbəst buraxılıb. C.Arat Türkiyə millisində ilk debütünü 2006-cı ildə Azərbaycanla oyunda edib.
Ayşən Mustafa
Globalinfo.az