Yaxın zamanlarda İran qazının Ermənistana ixracı iki dəfə artırılacaq.
Globalinfo.az xəbər verir ki, bunu İran səfiri Mehdi Sübhani deyib.
Onun sözlərinə görə, müştərək infrastruktur və energetika layihələri regional infrastrukturu yaxşılaşdırmağa və qarşılıqlı tələbatı ödəməyə imkan verir.
Qeyd edək ki, Ermənistan son zamanlar Rusiyadan enerji asılılığını azaltmaq mesajları verir. Hazırda İrəvanın qaza tələbatının 65%-ni Moskva ödəyir. Erməni rəsmiləri bu tələbatın kimin hesabına əvəz ediləcəyini bilmirlər. Ortada İran və Azərbaycan variantı var. Ekspertlər Ermənistanın İrandan qaz alışını ABŞ-a görə həyata keçirə bilmədiyini deyirlər. Lakin İran Rusiyaya qarşı olsa belə bu satışın əleyhinə çıxmır və Moskvanı Ermənistanda sıxışdırmaqda həvəsli olduğunu göstərir.
Əliyar Xəlil
Globalinfo.az