Çernomorskda Türkiyə gəmisinə endirilən zərbənin anbaan görüntüləri yayılıb.
Globalinfo.az həmin görüntüləri təqdim edir:
***20:26
Odessa limanına endirilən ballistik raket zərbəsi nəticəsində Türkiyəyə məxsus generator daşıyan yük gəmisi zərər görüb.
Globalinfo.az xəbər verir ki, hərbi müxbirlərin məlumatına görə, “Cenk Roro” şirkətinə məxsus, Panama bayrağı altında üzən “CENK T” gəmisi “İsgəndər” kompleksindən atılan raketlərlə vurulub.
Bundan sonra gəmi yanmağa başlayıb.
Gəmi “AKSA” şirkətinə məxsus elektrik generatorları və elektrik stansiyası avadanlıqları daşıyıb. O, Rumıniyaya yola düşməli olsa da, naməlum səbəblərdən Odessa sahillərində dayanmışdı.
Əliyar Xəlil