Türkiyə xarici işlər naziri Hakan Fidan 10-11 iyun tarixlərində Rusiyaya səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
H.Fidan Moskvada ikitərəfli görüşlər keçirəcək və BRİCS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutacaq BRICS+ iclasında iştirak edəcək.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə aylardır gözlənilən səfərinin baş tutmadığı açıqlanıb.