bust 11

Tbilisidə Azərbaycanın ümummili lideri Heydər Əliyevin büstünün zədələnməsi ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası noyabrın 12-nə təyin edilib.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə hadisəni törətməkdə təqdsirləndirilən erməni əsilli şəxsin vəkili Teona Peradze bildirib.

Məlumata görə, 40 yaşlı Ermənistan vətəndaşı sentyabrın sonundan etibarən Tbilisidəki 8 saylı penitensiar müəssisədə saxlanılır.

Ona Gürcüstan Cinayət Məcəlləsinin əmlaka zərər vurma məsuliyyətini nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə üzrə təqsirləndirilən şəxsi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs hazırda həbsdədir və iş üzrə istintaq davam edir.

Paylaş: