cinli telebeler

23 çinli tələbə Azərbaycanda təhsil alacaq.

Bu barədə Globalinfo.az-a Elm və Ali təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universitetində magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.

Təhsil proqramları təhsil, humanitar və sosial elmlər, təbiət elmləri, eləcə də texniki və texnoloji ixtisas istiqamətlərini əhatə edəcək.

Paylaş: