Dəmirəlin bu görüntüləri maraqla qarşılandı – VİDEO

Dəmirəlin bu görüntüləri maraqla qarşılandı - VİDEO

“Fənərbaxça” azarkeşlərinin klubun sabiq əfsanəsi Volkan Dəmirəllə olan görüntüləri gündəm olub. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yeni baş məşqçisi Mourinyonun imza mərasimi zamanı V.Dəmirəl həyat yoldaşı ilə birgə motosikletlə Kadıköydən keçib.

Bu zaman tərəfdarlar onun adını səsləndirərək alqışlayıb.

V.Dəmirəlin həmin yoldan keçməsi və azarkeşlərin dəstəyi isə söz-söhbətlərə yol açıb. Belə ki, sosial mediada Mourinyonun məşqçilər heyətinə Volkan Dəmirəli də daxil edəcəyi ilə bağlı rəylər yazılıb.

Qeyd edək ki, V.Dəmirəl 2002-2009-cu illərdə “Fənərbaxça”da çıxış edib.