Azərbaycanlı deputatın statusu İrəvanda çalxantı yaratdı – FOTO

Azərbaycanlı deputatın statusu İrəvanda çalxantı yaratdı – FOTO

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin sosial şəbəkədəki paylaşımı Ermənistan mediasında isteriya ilə qarşılanıb.

Globalinfo.az xəbər verir ki, Ə.Ələkbərli Qərbi Azərbaycandakı dədə-baba yurdlarından didərgin salınmış soydaşlarımızla bağlı statistikanın hazırlandığını bildirib.

“Yaxın günlərdə 1987-1991-ci illərdə Qərbi Azərbaycanda azərbaycanlı əhalisi Ermənistanda dövlət səviyyəsində soyqırımına məruz qalmış kənd, qəsəbə və şəhərlərimizin dəqiq sayını və adlarını elan edəcəyəm”, – o qeyd edib.

Ermənistan mediası bunu Azərbaycanın ərazi iddiası kimi təqdim etməyə çalışıb.

Qeyd edək ki, rəsmi Bakı heç bir ölkəyə ərazi iddiası olmadığını daha əvvəl dəfələrlə bəyan edib.

Azərbaycanlı deputatın statusu İrəvanda çalxantı yaratdı – FOTO

Əliyar Xəlil
Globalinfo.az