Blinken Fidan

ABŞ Dövlət katibi Entoni Blinken Praqada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, tərəflər Cənubi Qafqazda sülhün qorunması imkanlarını da müzakirə ediblər:

“Blinken və Fidan Qəzzada girovların azad edilməsini təmin edəcək atəşkəsin əldə edilməsi səylərini, həmçinin Qəzzaya humanitar yardımın artırılmasının və regional qeyri-sabitliyin qarşısının alınmasının vacibliyini müzakirə ediblər. Onlar həmçinin Qafqaz regionunda sülh və rifahın dəstəklənməsi imkanlarından danışıblar”.

Paylaş: