“Ukraynadakı seçkiləri ləğv etdiyinə görə, indi Zelenski ölkəsi üçün diktatordur”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı konqresmen Marjorie Taylor Qrin deyib.
O bildirib ki, amerikalı vergi ödəyiciləri Ukraynaya yardım göstərməyə məcbur edilməməlidir.
“Ukrayna demokratik ölkə deyil. Ona görə də, amerikalılar Ukraynaya hər ay milyardlarla dollar yardım göstərməyə məcbur edilməməlidir. Üstəlik, biz müharibədə məğlub olacaq Kiyev hökumətinə sponsor olmamalıyıq”, – konqresmen vurğulayıb.
Xatırladaq ki, Zelenskinin prezident kimi səlahiyyət müddəti mayın 20-də başa çatıb. Ukraynada 2024-cü ildə keçiriləcək prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərlik səbəbindən ləğv edilib. Zelenski bildirib ki, indi seçkilər üçün doğru zaman deyil.
Müşviq Tofiqoğlu
Globalinfo.az