putin 3 900x565 1

Rusiya Prezidenti Vladimir Putinin G20 sammitində iştirak edib-etməyəcəyi məsələsi hələlik açıq qalır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. O qeyd edib ki, Moskva sammitə dəvətlə bağlı bütün halları və mümkün şərtləri nəzərdən keçirəcək.

Diplomatın sözlərinə görə, Putinin G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərarı şəxsən Rusiya prezidenti verəcək.

Ryabkov qeyd edib ki, hazırda Putinin sammitdə iştirakı ilə bağlı konkret məlumat yoxdur. Rusiya tərəfi dəvəti və onunla bağlı bütün detalları qiymətləndirdikdən sonra müvafiq qərar qəbul edəcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: