rusiya ukrayna

Rusiya elektron müharibə (EW) imkanlarını təkmilləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” qəzetinin Ukrayna hərbi rəsmilərinə istinadən yaydığı məlumatda qeyd olunub.

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər bölməsində xidmət edən mənbələr bildiriblər ki, Rusiyanın elektron müharibə vasitələrindən daha effektiv istifadə etməsi uzaqmənzilli PUA-ların fəaliyyətinə təsir göstərib.

Onların sözlərinə görə, son dövrlərdə bu tip dronların effektivliyində və zərbələrin dəqiqliyində azalma müşahidə olunur.

Qeyd edək ki, daha əvvəl Rusiyanın “Rostec” dövlət korporasiyasının “RosEl” holdinqi “Çistulya” adlı portativ elektron müharibə stansiyası hazırladığını açıqlamışdı.

Məlumata görə, təxminən 10 kiloqram ağırlığında olan qurğu kompakt korpusda yerləşdirilir və bir dəfə enerji doldurulduqdan sonra 1,5 saatdan çox işləyə bilir. Sistem pilotsuz uçuş aparatlarının məlumat ötürmə və idarəetmə kanallarını, həmçinin peyk naviqasiyasını bloklamaq üçün nəzərdə tutulub.

Tahir Turan
Globalinfo.az

Paylaş: