1703001816 %C9%99rdogan 2bd35b055a73ab1851d378e8

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla F-35 məsələsini NATO çərçivəsində müzakirə etdiklərini bildirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O bildirib ki, Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı artıq konkret addımlar atılmalıdır.

“Özü Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı müsbət iradə ortaya qoydu. Biz də bu iradənin artıq konkret addımlara çevrilməsini gözləyirik. Bu istiqamətdə təmaslarımızı davam etdiririk. Nəticə əldə edəcəyimizə inanıram”, – deyə Ərdoğan qeyd edib.

Paylaş: