erm%C9%99ni

Ermənistanın Baş nazirinin aparat rəhbəri Lilit Makunts ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allenlə TRIPP (Tramp marşrutu) layihəsinin icra gedişatını, eləcə də Bakı və İrəvan arasındakı sülh prosesini müzakirə ediblər.

Globalinfo.azErmənistan mediasına istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər Bakı və İrəvan arasında sülhün möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Onlar həmçinin Ermənistan və ABŞ arasında strateji münasibətlərin gündəliyinə dair məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Paylaş: