Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu gündən etibarən bütün İran aviaşirkətlərinin ölkəyə və ölkədən uçuşlarını müvəqqəti olaraq dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə BƏƏ-nin Mülki Aviasiya İdarəsi rəsmi məlumat yayıb.
Bu qərar Birləşmiş Ştatların İran daşıyıcılarının dünya üzrə hava limanlarına çıxışını qadağan etməsi fonunda qəbul edilib. Məhdudiyyətlərin xüsusi sərəncama qədər qüvvədə olacağı, aviaəlaqənin bərpa edilməsi barədə məlumatların isə yeniliklər daxil olduqca yayımlanacağı bildirilir.
Gecə yarısından etibarən İran aviaşirkətlərinin BƏƏ-yə bütün reysləri ləğv edilib. Hətta sərnişinlərin artıq bilet aldığı “Iran Airtour” şirkətinin Tehran-Dubay reysi də uçuşa az qalmış təxirə salınıb.