Putin Mahmud Abbasa söz verdi: Rusiya Fələstinə yardımı davam etdirəcək

Rusiya prezidenti Vladimir Putin dekabrın 22-də Fələstin lideri Mahmud Abbasla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin və Abbas Fələstin-İsrail münaqişəsinin həddindən artıq gərginləşməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Liderlər qan tökülməsinə tez son qoyulmasının və 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması məqsədi ilə danışıqların bərpasının vacibliyini vurğulayıblar.

Rusiya prezidenti Fələstin liderlərinin müvafiq səylərini dəstəklədiyini bildirib. O, Moskvanın Qəzza zolağına zəruri malların tədarükünü davam etdirəcəyinə söz verib.

“Rusiya Qəzza zolağına zəruri malların, o cümlədən dərman və tibbi avadanlıqların tədarükünü davam etdirəcək”, – deyə Kremlin mətbuat xidmətinin bəyanatında vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az