“Sülhə yalnız tam qarşılıqlı münasibətlər şəraitində nail olmaq mümkündür”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA sədri Teodoros Russopulos ilə görüşündə deyib.
O bildirib ki, Ermənistanda aparılan islahatlar və regionda sülhə nail olmaq səyləri bir-biri ilə bağlıdır.
“Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir, lakin sülhə yalnız tam qarşılıqlı münasibətlər yolu ilə nail olmaq mümkündür”.
Mirzoyan Cənubi Qafqazda sabitliyin təmin edilməsinə yönəlmiş addımlar barədə Russopulosa məlumat verib. Tərəflər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Müşviq Tofiqoğlu
Globalinfo.az














