Bakıda zəncorvari yol qəzası qeydə alınıb.
Globalinfo.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza Nəsimi rayonu, Hüseynbala Əliyev 34 və 42 nömrəli binaların arasında baş verib.
Belə ki, 77RM704 nömrəli nişanlı avtomobillə 50AE168 nömrəli maşın toqquşub. Toqquşma nəticəsində birinci maşın dayanma halında olan digər minik avtomobilinə dəyib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.