“İrəvan Moskvadan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını geri çəkməsini xahiş edib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya FTX-nin direktorluğuna namizəd Aleksandr Bortnikov deyib.
O bildirib ki, Ermənistanın xahişi ilə bağlı artıq belə bir qərar qəbul edilib.
“Ermənistan ərazisində vəziyyətin son dəyişikliyi və Paşinyanın Putinlə görüşü nəzərə alınaraq müvəqqəti əməliyyat qruplarının demarkasiya xəttindən çıxarılması xahiş edilib. Rusiya tərəfi isə bununla bağlı qərar verib”, – Bortnikov bildirib.
O əlavə edib ki, ilkin olaraq Qarabağda üçtərəfli atəşkəs elan edildikdən sonra (2020) Ermənistan demarkasiya xəttində FTX sərhəd bölmələrinin yerləşdirilməsini xahiş edib. Sonra Rusiya Ermənistan və Azərbaycan arasında yaşanan lokal münaqişələrin həllinə yardımçı olmaq üçün 11 post yaradıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














