tsinpin

Tayvanın hakim Demokratik Proqressiv Partiyası yerli hakimiyyət orqanlarına keçirilən seçkini uduzub.

Globalinfo.az xəbər verir ki, bu məlumat Tayvan Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarından sonra ortaya çıxıb.

Məlumata görə, seçkidə müxalif Qomindan Partiyası 13 administrativ bölgə, eləcə də ölkə əhalisinin 70%-nin yaşadığı 6 meqapolisdən 4-nə nəzarəti ələ keçirib. Seçkidə ilkin nəticələrdən sonra Tayvan Prezident Administrasiyasının rəhbəri məğlubiyyətə görə məsuliyyəti üzərinə götürərək istefaya gedib.

Qeyd edək ki, Qomindan Partiyası Çinlə inteqrasiya və birləşmə tərəfdarı olan siyasi qüvvə kimi tanınır. Onun seçkidən qələbəsinin gələcəkdə bölgədə ABŞ təsirinin zəifləməsi ilə yanaşı, Pekinin bölgədə dominantlığını bərpa edəcəyinə dair iddiaları artırır.

İlkin
Globalinfo.az

Paylaş: