65636c6fad1f065636c6fad1f1170101463965636c6fad1ee65636c6fad1ef

Yəmən sahillərində İsrail şirkətinə məxsus tanker ələ keçirilib

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.

Qeyd edilib ki, “Central Park” tankerinin operatoru “Zodiac Maritime” şirkətidir.

Gəminin dəniz quldurları tərəfindən ələ keçirildiyi istisna olunmur. Gəminin heyət üzvləri arasında Rusiya, Vyetnam, Bolqarıstan, Hindistan, Gürcüstan və Filippin vətəndaşları var.

Tanker fosfor turşusu daşıyır.

Paylaş: