WhatsApp Image 2023 11 03 at 13.31.15

ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya lideri Vladimir Putinə sövdələşmə təklif edəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, Ramasvami Moskvanın Pekinlə müttəfiqliyini pozması müqabilində Ukraynanın NATO-ya qəbul edilməsinə icazə verilməyəcəyini deyib.

“Mən Putinə razılaşma təklif edərdim. O, Si Szinpinlə hərbi müttəfiqlikdən imtina etməlidir. Vaşinqton da qarşılığında Ukraynanı NATO-ya qəbul etməyəcəyinə dair qəti öhdəlik götürəcək. Moskva bu təklifi qəbul etsə, Vaşinqton indiki demarkasiya xətlərinə razılaşacaq. Rusiyanın nəzarətə götürdüyü ərazilər onun torpağı kimi tanınacaq, həmin ərazilərdə rusdilli sakinlər məskunlaşacaq”, – Ramasvami bildirib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: