Polish 20231003 234015987

Qarabağdan Ermənistana köçən ermənilər arasında Azərbaycan mediasına açıqlama verənlərin cavabları olduqca maraqla qarşılanır. Onlardan biri and içərək azərbaycanlılarla yaşamaq istədiyini deyib. Onun videosu sosial şəbəkələrdə və ənənəvi mediada geniş yayılıb.

Daha sonra onun Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı döyüşdüyü məlum oldu.

Maraqlıdır, həmin şəxsə qarşı cinayət işi açıla bilərmi?

resize

Mehman Muradlı

Mövzu ilə bağlı Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, o erməni şəxs həbs oluna bilər:

“BMT səviyyəsində də belə qəbul olunub ki, faktiki olaraq Azərbaycanın Qarabağda idarəetməsi mövcud olmayıb. Amma məlum hadisələrlə əlaqədar həmin dövrdən Baş Prokurorluqda cinayət işi başlanılıb. Sadəcə, Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi dayandırılıb.

Məsələlər yenidən həllini tapdıqdan sonra artıq cinayət işi yenilənməlidir ki, əksəriyyəti yenilənib də.

Həmin şəxsin də vuruşduğu sübuta yetirilirsə, cinayət məsuliyyətinə cəlb etmək mütləqdir və lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: