Ermənilər səfirliyimizi daşa basdı – VİDEO

Ermənilər səfirliyimizi daşa basdı - VİDEO

Erməni lobbisinin Livandakı təmsilçiləri Azərbaycan səfirliyinin qarşısında təxribata cəhd ediblər.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, təxribatın təşkilatçısı Ermənistanın “Daşnaksütyun” partiyasının yerli şöbəsi olub.

Onlardan bəziləri səfirlik binasına daş atmağa başlayıblar.

Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Təhlükəsizlik qüvvələri onları səfirliyin qarşısından uzaqlaşdırıblar. Bununla da ermənilərin növbəti təxribatının qarşısı alınıb.