kreml ela

Kreml ABŞ Konqresinə seçkilərin nəticələri ilə bağlı məlumatları diqqətlə təhlil edir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər pis olaraq qalır və qalacaq: “Konqresə seçkilər buna təsir etməyəcək”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov onu da bildirib ki, Strateji Hücum Silahlarının azaldılması ilə bağlı SNV-3 müqaviləsinin uzadılması ilə əlaqədar Rusiya Federasiyası ilə ABŞ arasında dialoqdan danışmaq hələ tezdir, bu cür təmasları əvvəlcədən elan etmək olmaz.

Paylaş: