Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qanunsuz silahlı erməni birləşmələri yeni atəş mövqeləri hazırlayır və yeni təxribatlara hazırlaşırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bez tormozov” Teleqram kanalı görüntülər paylaşıb.
Bundan başqa, görüntülərdə Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə erməni separatçıların hərbi texnikanı qanunsuz daşıdıqları və ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, yeni mövqelər quraraq, orada qərarlaşmağa cəhd göstərdikləri əks olunub.














