Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Odessaya hücumuna rekasiya verib.
Globalinfo.az xəbər verir ki, Zurabişvili bununla bağlı tvitter hesabında paylaşım edərək Rusiyanı qınayıb.
“Rusiyanın Ukraynada növbəti müharibə cinayəti. Rusiyanın Ukraynada növbəti hərbi cinayəti! Mən UNESCO-nun dünya irsinin görməli yerləri – Odessa və onun dinc sakinlərinə edilən hücumları, bütün beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını qəti şəkildə pisləyirəm”-deyə, parlaşımda qeyd olunur.