tag reuters.com2022 newsml LYNXMPEIB209E 12022 12 03T193357Z 1 LYNXMPEIB209E RTROPTP 3 RUSSIA PUTIN

Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasında keçiriləcək BRİCS sammitində iştirak etməyəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Cənubi Afrika Prezidentinin Ofisinin bəyanatında deyilir ki, Rusiyanı görüşdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Rusiya Prezidenti Vladimir Putin BRİCS ölkələrinin avqust ayında Cənubi Afrikada keçiriləcək sammitində “qarşılıqlı razılaşma əsasında” iştirak etməyəcək.

Qeyd edək sammitə ev sahibliyi edəcək Cənubi Afrika dilemma ilə üzləşib, çünki Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü kimi Putin sammitdə iştirak edəcəyi təqdirdə onun hərbi cinayətlər törətdiyi iddiası ilə həbs etməsi nəzəri cəhətdən tələb olunur.

Paylaş: