Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyunda Polşanın “Legiya” klubu ilə qarşılaşacaq.
Globalinfo.az xəbər verir ki, matç “Kössen Arena”da Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” Avstriyadakı ilk yoxlama oyununda Macarıstanın “Ferentsvaroş” klubu ilə 3:3 heç-heçə edib.