5 Azərbaycan güləşçisi Parisə lisenziya qazandı

Aprelin 7-də Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.

Globalinfo.az xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ukraynalı Vasili Mixaylovla üz-üzə gəlib.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn O. Nurmaqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xatırladaq ki, daha əvvəl bu turnirdə mübarizə aparan sərbəst güləşçi Turan Bayramov (74 kiloqram), Hacı Əliyev (65 kiloqram) və Əliabbas Rzazadə (57 kiloqram), həmçinin Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə ediblər.

***

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Globalinfo.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gələrək bu uğura imza atıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Əliabbas Rzazadə ( 57 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə edib.