649c48b9d81a5649c48b9d81a61687963833da6fdc88b9f81cba2f733d2c88b18e0a

Naxçıvanda 41 yaşlı kişi intihar edib.

Globalinfo.az APA-ya istinadən bürosu xəbər verir ki, hadisə Babək rayonu Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Abdullayev Anar Eldar oğlu özünü asıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Qeyd edək ki, A.Abdullayev Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Rəfail Abdullayevin qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: