Ankarada hərbi zavodda partlayış: ölənlər var – VİDEO

Ankarada hərbi zavodda partlayış: ölənlər var - VİDEO

Ankarada Maşınqayırma və Kimya Sənayesi müəssisəsinin raket və partlayıcı istehsal edən zavodda səhər saatlarında partlayış baş verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Partlayış zavodun istehsalat bölümündə olub.

İlkin məlumata görə, hadisə zamanı zavodun 5 işçisi həlak olub.

Hadisə yerinə yanğınsöndürənlər və tibb işçiləri cəlb edilib.