“Sentyarbda tam aktiv fəaliyyətə başlayacağıq”.
Globalinfo.az xəbər verir ki, bunu “Vətən üçün Tavuş” hərəkatının rəhbəri Baqrat Qalstanyan deyib.
O, sərhəd kəndlərə səfəri zamanı payızda hərəkatın yenidən meydana çıxağını bildirib:
“Bu müddət ərzində qruplar toplanır, siyasi sahə təmizlənir. Biz hərəkət daxilində zənciri formalaşdırırıq, qruplar arasında nizam-intizam lazımdır. Mübarizə taktikamızı da dəyişəcəyik. Hətta İrəvana başqa şəhərlərdən insanların aksiya üçün gəlməsinə ehtiyac qalmayacaq”.
Qeyd edək ki, B.Qasltanyan bir neçə ay öncə başlayan aksiyaların yeni və daha güclü qüvvələr toplamaq üçün dayandırııldığını qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az