1684343593 midd

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında “Audience Award” mükafatı təqdim olunub.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, mükafat Azərbaycanın qrup hərəkətləri üzrə gənclərdən ibarət komandasına verilib.

Kollektivin heyətində Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yer alıblar.

Mükafatın qalibi tamaşaçılar arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın gənclərdən ibarət komandası çoxnövçülük və beş topla hərəkətlərdə bürünc medal qazanıb.

***

Bu gün ölkəmizdə start götürən bədii gimnastika üzrə 39-cu Avropa çempionatına Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası uğurlu çıxışla başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Komandamızın üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında (58.450 xal) bürünc medala layiq görülüblər.

Paylaş: