“Ermənistanın KTMT-dən çıxmasından söhbət gedə bilməz. Vəziyyət mürəkkəbdir, gözləntilərimiz özünü doğrultmur, amma yenə də proseslə bağlı işlərimizi davam etdirəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan yerli mətbuata açıqlamasında deyib.
Azərbaycan və Ermənistan arasında sülh prosesindən danışan M.Səfəryan İrəvanın bəzi məqamlarla bağlı mövqeyini təqdim edib:
“Amma KTMT-dən hazırkı vəziyyətlə bağlı siyasi dəyərləndirmə gözləyirik. Həmçinin Rusiyaya ödəniş etsək də, bizə vəd edilən silahları hələ də əldə edə bilməmişik. Hazırda bu məsələnin üzərində çalışırıq. Bunun səbəbinin Kremlin siyasi gedişi, yaxud müharibə səbəbi ilə silah çatışmazlığı olmasını deyə bilmərik”.
M.Səfəryan bildirib ki, Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Ayşən Mustafa
Globalinfo.az