Polish 20230427 191016133 scaled

Azərbaycanda səfərdə olan Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Bakı səfərində Şəhidlər Xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Onun bu addımı hər nə qədər xoş təəssürat bağışlasa da bir məsələni də aktuallaşdırıb: Ketrin Kolonna Ermənistana səfəri zamanı İrəvanda “soyqırım” abidəsini ziyarət edəcəkmi?

qabil huseynli esas

Qabil Hüseynli

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, böyük ehtimalla Ketrin Kolonna Ermənistana səfəri zamanı İrəvanda qondarma “soyqırım” abidəsini ziyarət edəcək:

“Ketrin Kolonna Fransanın Avropa və xarici işlər naziridir. Onun Azərbaycana, daha sonra isə Ermənistana səfər etməsi rəsmi Parisin iki ölkə arasında yenidən balans yaratmaq istəyi ilə bağlıdır.

Azərbaycan ilə Fransa arasında diplomatik və siyasi münasibətlər hər nə qədər soyuq olsa da Paris anlayır ki, mövcud ritorikası və antiazərbaycan mövqeyi ilə vasitəçilik missiyasını Bakı qəbul etməyəcək. Bu mənada Kolonna iki ölkə arasında buzları əritmək üçün ölkəmizdə səfərdədir. Onun Şəhidlər Xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyması da bu niyyətin əyani göstəricisidir.

O ki qaldı onun Ermənistana səfərinə, Kolonnanın Şəhidlər Xiyabanını ziyarət edib, İrəvandakı saxta “soyqırım” abidəsini ziyarət etməməsi inandırıcı deyil. Diplomatik qaydalara görə konkret belə bir tələb olmasa da, Kolonna məlum abidəni ziyarət edib, timsah göz yaşları axıdacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: