1604926644 kjljpl

Ermənistan ordusunun 44 günlük müharibədə iştirak etməmək üçün özünü xəstə kimi təqdim edən yüksəkrütbəli zabiti həbs edilib.

Globalinfo.az xəbər verir ki, adı açıqlanmayan polkovnik 2020-ci ildə 10 oktyabr-2 noyabr aralığında səhhətində problem olduğunu bildirərək xəstəxanada yatıb.

Ermənistanın Baş Hərbi İstintaq İdarəsinin araşdırmasına əsasən həmin müddətdə polkovnikin ciddi xəstəliyinin olmadığı, 23 gün müddətində müharibədən yayınmaq üçün xəstəxanada qaldığı müəyyən edilib.

Təqsirləndirilən şəxs barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı istintaq davam etdirilir.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: