Xəbər verdiyimiz kimi bir neçə gün öncə Nepalda tarixin ən dəhşətli daşqınlarından biri baş verib. Son məlumata görə, 752 nəfər ölüb, 2 502 nəfər itkin düşüb, o cümlədən təxminən 600-ü əcnəbi olmaqla 8 730 nəfər xilas edilib.
Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, daşqının başlanma anını əks etdirən yeni görüntülər yayılıb. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan görüntülərdə gənc ananı iki azyaşlı qızını son anda daşqın olan yerdən çıxararaq qaçması əks olunub. İnternet istifadəçiləri bu təsirli kadrlara şərh yazaraq ananın özünü itirməyərək qəhrəmanlıq göstərməsini yüksək qiymətləndiriblər.
